Bank Of Baku

ATƏT-in Parlament Assambleyasının qış sessiyası keçirilib

ATƏT-in Parlament Assambleyasının qış sessiyası keçirilib
# 23 fevral 2007 14:57 (UTC +04:00)
Vyanada ATƏT-in Parlament Assambleyasının qış sessiyası keçirilib. APA-nın xəbərinə görə, sessiyada əsas müzakirə mövzusu ATƏT məkanında enerji təhlükəsizliyi məsələsi olub. Bu mövzuda müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvü Eldar İbrahimov da çıxış edib. Sessiyada qurumun milli azlıqların işi üzrə ali komissarı Rolf Ekeusun, iqtisadiyyat və ətraf mühit üzrə koordinator Bernar Snounun, Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun sədri Kristian Ştrohalın, söz və mətbuat azadlığı üzrə xüsusi nümayəndə Mikloş Haraştinin məruzələri dinlənilib. M. Haraşti məruzəsində Azərbaycanda mətbuatın vəziyyətinə də toxunub. O, Azərbaycanın bu sahədə üzərinə götürdüyü öhdəlikləri necə yerinə yetirməsi haqqında danışıb. Sessiya çərçivəsində Siyasi və təhlükəsizlik məsələləri üzrə, İnsan hüquqları, demokratiya və humanitar məsələlər üzrə, Elm, texnologiya, ətraf mühit və iqtisadi məsələlər üzrə komitələrin iclasları da keçirilib. Yekunda hər üç komitənin birgə yığıncağı olub. ATƏT PA-nın iki gün davam edən sessiyasında 52 üzv ölkədən 250 nümayəndə iştirak edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR