Bank Of Baku

Qulamhüseyn Əlibəyli: “Azadlıq” blokunun prezident seçkilərinə namizədi ən sonuncu məsələdir”

Qulamhüseyn Əlibəyli: “Azadlıq” blokunun prezident seçkilərinə namizədi ən sonuncu məsələdir”
# 23 fevral 2007 15:18 (UTC +04:00)
““Azadlıq” blokunun prezident seçkilərinə namizədinin müəyyənləşməsi indiki mərhələdə ən sonuncu məsələlərdən biridir”. Bu fikirləri APA-ya blokun üzvü olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ali Məclisinin sədri Qulamhüseyn Əlibəyli bildirib. Onun sözlərinə görə, hazırkı qanunvericilikdə prezident seçkilərində iştirak etmək blok üçün ciddi uğur vəd etmir. Qulamhüseyn Əlibəyli blokun qanunvericiliyin dəyişdirilməsi istiqamətində fəaliyyət göstərəcəyini bildirib: “Prezidentliyə namizədin müəyyənləşməsi isə seçki prosesi zamanı ortaya çıxan məsələdir. Buna görə də hazırda blok daxilində namizədlə bağlı hər hansı müzakirə aparılmır”. Q. Əlibəyli bloka yeni üzvlərin qəbul olunması ilə bağlı da hər hansı müzakirənin aparılmadığını bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR