Bank Of Baku

Azərbaycan mütəxəssisləri Moldovada neft yataqlarının tədqiqatında iştirak edəcəklər

Azərbaycan mütəxəssisləri Moldovada neft yataqlarının tədqiqatında iştirak edəcəklər
# 23 fevral 2007 15:34 (UTC +04:00)
Azərbaycan mütəxəssisləri Moldovanın neft yataqlarında tədqiqat aparmaq üçün bu ölkəyə gedəcəklər. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Moldovanın baş naziri Vasile Tarlev məlumat verib. O bildirib ki, Moldovada ilkin mərhələdə 30 min ton neft hasil edilib, amma qazma işləri cəmi 600 metr dərinlikdə aparılıb: “Aparılan araşdırmalar göstərir ki, 1200-2400 metr dərinlikdə kifayət qədər neft ehtiyatları var”. Moldovanın hazırda Rusiyadan yalnız qaz aldığını deyən baş nazir ümid etdiyini bildirib ki, Moskva ilə imzalanmış saziş birtərəfli qaydada pozulmayacaq: “Bununla yanaşı, biz digər istiqamətlər üzrə də işləyirik. Odessa-Brodı neft kəməri ilə bağlı Azərbaycanla danışıqlar aparılır. Nabucco layihəsi də diqqət mərkəzindədir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR