Bank Of Baku

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəis müavini Bakıya gəlir

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəis müavini Bakıya gəlir
# 23 fevral 2007 16:24 (UTC +04:00)
Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəis müavini ordu-generalı Ergin Sayqunun rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 26-da Bakıya gələcək. Türkiyənin Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, general fevralın 26-da əvvəlcə Fəxri Xiyabanı, Şəhidlər Xiyabanını və Türk şəhidliyini ziyarət edəcək. E.Sayqunun fevralın 26-da müdafiə naziri Səfər Əbiyevlə görüşü planlaşdırılır. Generalın həmçinin prezident İlham Əliyev tərəfindən qəbulu olunması da gözlənilir. E.Sayqunun Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasında, həmçinin Daxili Qoşunlar və Xüsusi Dövlət Mühafizə Xidmətində görüşləri planlaşdırılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR