Bank Of Baku

Sərdar Cəlaloğlu: “Rəsul Quliyevə qarşı qaldırılan bəzi cinayət işlərində həqiqətlər var”

Sərdar Cəlaloğlu: “Rəsul Quliyevə qarşı qaldırılan bəzi cinayət işlərində həqiqətlər var”
# 24 fevral 2007 11:55 (UTC +04:00)
APA-nın məlumatına görə, müşavirənin gündəliyinə partiyanın növbəti qurultayına hazırlıq və son vaxtlar ADP daxilində baş verən proseslərin müzakirəsi daxil edilib. Partiyanın Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Sərdar Cəlaloğlu hər iki məsələ ilə bağlı məruzə ilə çıxış edib. ADP-nin ilk dəfədir ki, Rəsul Quliyevin portreti olmadığı zalda iclas keçirdiyini bildirən S. Cəlaloğlu son on ildə keçmiş sədrin rəhbərliyi altında uzun mübarizə yolu keçdiklərini qeyd edib. 1998-ci ildə qədər ADP-nin Nizamnamə ilə idarə olunduğunu bildirən natiq bunun avtoritar idarəetmə ilə əvəzləndiyini vurğulayıb: “Bu vaxta qədər irili-xırdalı 1000-ə yaxın aksiya keçirmişik və bunların 95 faizi Rəsul Quliyevlə bağlı olub. Elə gün olub ki, gündə 3 aksiya keçirmişik. Biz inanırdıq ki, Rəsul Quliyev Azərbaycana qayıdacaq və problemlərin həllində mühüm rol oynayacaq. Amma 2005-ci ilin 17 oktyabrında gördük ki, o, Azərbaycana qayıtmaqdan çəkinir. Bu müddətdə biz Rəsul Quliyevin şəxsiyyətini də şişirtdik və bunun nəticəsində partiya Nizamnamə ilə yox, onun fikirləri ilə idarə olunmağa başladı. Rəsul Quliyev ADP-yə totalitarizmin ənənələrini gətirməyə başladı. Partiyada ağa-nökər münasibətləri, ağlar-qaralar, təbəqələşmə yaranmışdı”. S. Cəlaloğlunun sözlərinə görə, bununla da partiyanın strukturları iflic olub. Bundan əlavə o, R. Quliyev tərəfindən təklif olunan aksiyaların bəzilərinin hakimiyyətdəki bəzi məmurlar tərəfindən sifariş olunduğunu da qeyd edib: “Biz sonradan öyrəndik ki, bizim Rəsul Quliyevin hüquqları ilə bağlı keçirdiyimiz səmimi aksiyalara görə kimlərsə 100 min dollarla pul alıb. Yəni, artıq partiya kimlərinsə şəxsi maraqları üçün korrupsiya mənbəyinə çevrilmişdi. Rəsul Quliyev bizə yox, heç bir iş görməyən adamlara inanırdı. O elə bilirdi ki, küçələrə çıxıb mitinq edən adamlar onun şəxsi təsərrüfatıdır. Belə bir vəziyyətdə ADP ya siyasi səhnədən gedib kiminsə “budka”sı rolunu oynamalı idi, ya da avtoritarizmə üsyan etməli idi”. S. Cəlaloğlu R. Quliyevə qarşı qaldırılan cinayət işlərinin 90 faizinin hüquqi əsasının olmadığını da qeyd edib: “Amma bəzi işlər var ki, onlar həqiqətdir”. TK sədri bildirib ki, partiya bundan sonra nizamnamə ilə idarə olunacaq və mayda qurultay keçiriləcək. S. Cəlaloğlu partiyanın konstruktiv və siyasi dialoqla bağlı qəbul etdiyi qərala bağlı da müşavirə iştirakçılarını tanış edib və bildirib ki, may ayına kimi ADP, AXCP, ALP və Müsavat partiyalarının hakimiyyətlə siyasi dialoqu baş tutacaq. Müşavirədə rayon təşkilatlarının sədrlərinin və Ali Məclis üzvlərinin çıxışları dinlənilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR