Bank Of Baku

Hacıqabulda 2006-cı ilin yekunlarına dair hesabat yığıncağı keçirilib

Hacıqabulda 2006-cı ilin yekunlarına dair hesabat yığıncağı keçirilib
# 26 fevral 2007 07:53 (UTC +04:00)
Hacıqabulda 2006-cı ilin yekunlarına dair hesabat yığıncağı keçirilib. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, fevralın 24-də keçirilən müşavirədə daxili işlər nazirinin müavini Oruc Zalov, Milli Məclisin deputatı Rafael Hüseynov və Prezident Aparatının məsul işçisi Nurəddin Hüseynov iştirak ediblər. Yığıncaqda Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov görülən işlər və qarşıda duran problemlər ətrafında hesabat məruzəsi ilə çıxış edib. Sonra məruzə ətrafında müxtəlif çıxışlar olub. Müşavirənin sonunda dövlət başçısına müraciət qəbul edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR