Bank Of Baku

Hollandiya polisi Haaqada keçirilən beynəlxalq Xocalı soyqırımı konfransının dayandırılması ilə bağlı ermənilərin müraciətini rədd edib

Hollandiya polisi Haaqada keçirilən beynəlxalq Xocalı soyqırımı konfransının dayandırılması ilə bağlı ermənilərin müraciətini rədd edib
# 26 fevral 2007 07:57 (UTC +04:00)
Konfransın təşkilatçısı İqdır bələdiyyə başqanı Nurəddin Aras APA-ya verdiyi açıqlamada Hollandiyada fəaliyyət göstərən erməni diasporunun konfransın keçirilməsinə maneçilik törətmək istədiyini deyib. Ermənilər Xocalı soyqırımının 15-ci ildönümünə həsr olunmuş beynəlxalq konfransın ləğv edilməsi üçün Hollandiya Daxili İşlər Nazirliyinə rəsmi müraciət göndəriblər. Lakin nazirlik və Haaqa şəhər rəhbərliyi ermənilərin arqumentlərini əsassız sayaraq konfransın keçirilməsinə verilən icazəni ləğv etməyib. Nurəddin Aras APA-ya bildirib ki, ermənilərin bu konfransın keçirilməsindən narahatlıq duyması bu aksiyanın uğuru deməkdir: “Ermənilər bir daha haqsız olduqlarını sübuta yetirdilər. Bizim Haaqada keçirdiyimiz silsilə tədbirlər erməniləri ciddi narahat edib. Onlar Xocalı soyqırımına həsr olunmuş beynəlxalq konfransın ləğv edilməsi xahişi ilə Hollandiya polisinə müraciət etsələr də, onların müraciəti rədd edildi. Bu hadisədən sonra bir məsələni qətiləşdirdim: Haqlı ola-ola bu qədər rahatlıqla sakit durmağımız, bu qədər gözləməyimiz səhv addım imiş. Haqlı olduğumuz davanı bundan sonra hər il daha güclü şəkildə dünyaya bəyan etməyimiz lazımdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR