Bank Of Baku

Ordu generalı Tuncər Qılınc: “Türkiyə Azərbaycanla təhlükəsizlik müqaviləsi imzalamağa hər zaman hazırdır”

Ordu generalı Tuncər Qılınc: “Türkiyə Azərbaycanla təhlükəsizlik müqaviləsi imzalamağa hər zaman hazırdır”
# 26 fevral 2007 08:41 (UTC +04:00)
Bu sözləri APA-nın Türkiyə bürosuna açıqlamasında Türkiyə Milli Təhlükəsizlik Şurasının keçmiş baş katibi, istefada olan ordu generalı Tuncər Qılınç deyib. O bildirib ki, Türkiyənin ərazi bütövlüyünü tanımayan, Konstitusiyasının 13-cü maddəsində Ağrı dağını öz torpaqlarında göstərən Ermənistanla sərhədlərin açılmasından söhbət gedə bilməz: “Əvvəlcə Xocalı soyqırımını qəbul etsinlər, işğal etdikləri torpaqlardan çıxsınlar, sonra baxarıq”. Türkiyənin milli təhlükəsizlik konsepsiyasında Qarabağ probleminin yer alıb-almadığına dair sualı cavablandıran ordu generalının sözlərinə görə, bu problem Ankaranın siyasətində həmişə önəmli yer tutub: “Heç şübhəniz olmasın ki, Türkiyə Cümhuriyyəti öz qardaşlarının haqq və hüququnu hər yerdə qoruyacaq. Milli təhlükəsizlik siyasəti sənədlərində bu, öz əksini tapıb. Türkiyənin xarici siyasətində Qarabağ məsələsinin xüsusi yeri var”. Türkiyə ilə Azərbaycan arasında təhlükəsizlik müqaviləsi imzalanmasına ehtiyac olub-olmadığına münasibət bildirən T. Qılınc belə bir sənədin imzalanmasının hər zaman mümkün olduğunu vurğulayıb: “Biz “bir millət-iki dövlət” kimi gördüyümüz qardaşlarımızı qətiyyən tək buraxmarıq. Türkiyə Cümhuriyyəti Azərbaycandan gələn heç bir tələbi qulaqardına vurmaz”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR