Bank Of Baku

Azərbaycan hərbçiləri ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq bir neçə beynəlxalq tədbirdə iştirak edir

Azərbaycan hərbçiləri ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq bir neçə beynəlxalq tədbirdə iştirak edir
# 26 fevral 2007 08:53 (UTC +04:00)
Bu gün Azərbaycanla Ukrayna arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq Kişinyov şəhərində “MEDCEUR-2007” təliminin əsas planlaşdırma konfransı işə başlayıb. Konfrans martın 2-dək davam edəcək. Bu barədə APA-ya Müdafiə Nazirliyindən məlumat verilib. Bu gün həmçinin Azərbaycanla Türkiyə arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq Yalova şəhərində “Hava hücumundan müdafiə silahları” üzrə kurs başlayıb. Kurs martın 9-dək davam edəcək. Rumıniya ilə imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq fevralın 26-dan martın 16-dək Sibiu şəhərində “NATO-nun Rabitə Prosedurları” kursu keçirilir. Latviya ilə imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq bu gün Liepaya şəhərində “Gəmi dalğıcı” kursu başlayıb. Kurs martın 30-dək davam edəcək. Azərbaycanla Böyük Britaniya arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq fevralın 26-dan aprelin 6-dək Vişkov şəhərində “Sülhü Dəstəkləmə Əməliyyatları üzrə təlimatçı hazırlığı” kursu keçirilir. Bütün tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR