Bank Of Baku

Sabah Astanada MDB ölkələri vətəndaşlarının miqrasiyasına dair sənəd müzakirə olunacaq

Sabah Astanada MDB ölkələri vətəndaşlarının miqrasiyasına dair sənəd müzakirə olunacaq
# 26 fevral 2007 08:53 (UTC +04:00)
Sabah Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri vətəndaşlarının miqrasiyası sahəsində əməkdaşlığın əsas prinsiplərinə dair saziş layihəsinin razılaşdırılması üzrə ekspert qrupunun növbəti görüşü keçiriləcək. APA-nın MDB İcra Komitəsinə istinadən məlumatına görə, toplantı Qazaxıstan Xarici İşlər Nazirliyində keçiriləcək. Qazaxıstan tərəfindən hazırlanmış saziş layihəsi MDB xarici işlər nazirləri Şurasının keçən il oktyabrın 16-da Minskdə keçirilən toplantısında müzakirə olunub və MDB çərçivəsində miqrasiya sahəsində həyata keçirilən çoxtərəfli beynəlxalq-hüquqi aktlar nəzərə alınmaqla ekspert əlavələri etmək və layihənin mətnini razılaşdırmaq barədə qərar qəbul olunub. Sabah ekspertlər səviyyəsində keçiriləcək toplantıda bir sıra MDB ölkələrinin və Ümumhəmkarlar İttifaqları Konfederasiyasının nümayəndələri iştirak edəcəklər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR