Bank Of Baku

MSK sədri Məzahir Pənahov Böyük Britaniyada səfərdədir

MSK sədri Məzahir Pənahov Böyük Britaniyada səfərdədir
# 26 fevral 2007 09:23 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Böyük Britaniyada səfərdədir. Bu barədə APA-ya MSK-nın mətbuat xidmətindən məlumat verilib. Martın 4-dək davam edəcək səfər Britaniyanın Seçki Rəsmiləri Assosiasiyasının dəvəti ilə həyata keçirilir. Səfərdə məqsəd Seçki Rəsmiləri Assosiasiyası tərəfindən təşkil olunan konfrans və illik yığıncaqda iştirak etməkdir. M. Pənahovun Seçki Rəsmiləri Assosiasiyasının rəhbəri və Böyük Britaniya MSK-nın sədri ilə görüşü olacaq. Görüş zamanı qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi ilə bağlı məsələlər müzakirə ediləcək. Səfərdə MSK sədrini Komissiya Katibliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov müşayiət edir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR