Bank Of Baku

Lənkəranda yeni təyinatlar olub

Lənkəranda yeni təyinatlar olub
# 26 fevral 2007 10:24 (UTC +04:00)
Milli təhlükəsizlik naziri Eldar Mahmudovun sərəncamı ilə MTN Lənkəran şəhər şöbəsinin rəisi Pərviz Vəliyev Bakı şəhərinin Qaradağ rayonuna təyinat alıb. APA-nın cənub bürosunun məlumatına görə, E. Mahmudovun digər sərəncamı ilə Ziyafət Xanbabayev MTN-in Lənkəran şəhər şöbəsinin rəisi təyin olunub.
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslimovun sərəncamı ilə DSMF Lənkəran rayon filialının müdiri Maarif Bayramov fondun Astara rayon filialına təyinat alıb. S. Müslimovun digər sərəncamı ilə onun yerinə əvvəllər burada müdir müavini işləmiş Ramiz Əzimov təyin olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR