Bank Of Baku

Tehranda Xəzərin hüquqi statusuna dair işçi qrupun görüşü keçirilir

Tehranda Xəzərin hüquqi statusuna dair işçi qrupun görüşü keçirilir
# 26 fevral 2007 10:25 (UTC +04:00)
Tehranda Xəzərin hüquqi statusuna dair 5 Xəzəryanı dövlətin işçi qrupunun növbəti görüşü keçirilir. Azərbaycanı görüşdə xarici işlər nazirinin müavini Xələf Xələfovun başçılıq etdiyi ekspertlər təmsil edir. Diplomatik mənbələrdən APA-ya verilən məlumata görə, Xəzəryanı ölkələrin ekspertləri ölkə başçılarının müzakirəsinə çıxarılacaq yekun bəyannamənin mətni üzərində müzakirələr aparırlar. Bu mətn razılaşdırılsa, prezidentlərin sammitinin tarixi də razılaşdırıla bilər. Sammitin də Tehranda keçiriləcəyi gözlənilir. Zirvə toplantısı öncəsi Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin görüşünün keçiriləcəyi istisna deyil.
Xatırladaq ki, işçi qrup son dəfə keçən il dekabrın 6-7-də Tehranda toplaşmışdı və orada ilin sonuna kimi daha bir görüşün keçirilməsi barədə razılığa gəlinmişdi. Lakin Türkmənistan prezidenti Saparmurad Niyazovun vəfat etməsi danışıqlarda fasilə yaranmasına səbəb olmuşdu. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR