Bank Of Baku

Hidayət Orucov: “Bütün dini qurumların fəaliyyətinə qanun çərçivəsində nəzarət edilir”

Hidayət Orucov: “Bütün dini qurumların fəaliyyətinə qanun çərçivəsində nəzarət edilir”
# 26 fevral 2007 10:51 (UTC +04:00)
“Azərbaycanda fəaliyyət göstərən bütün dini qurumların fəaliyyətinə qanun çərçivəsində nəzarət edilir. Əvvəllər bu sahədə problemlər indikindən çox idi. Hazırda isə narahatlıq doğuran heç bir problem yoxdur”. APA-nın xəbərinə görə, bu sözləri jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov deyib. O, Komitənin ekspert qrupunun ölkədə yayılan dini ədəbiyyatları araşdırdığını, yalan təbliğat və hər hansı təhlükəli çağırışlar ehtiva etməyən kitabların yayılmasına maneə törədilmədiyini vurğulayıb. “Yeqova şahidləri” təriqəti ilə bağlı məsələyə toxunan H. Orucov bildirib ki, əvvəllər bu təşkilat öz fəaliyyətində bir sıra qanun pozuntulara yol versə də, komitənin iradlarından sonra məsələ yoluna qoyulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR