Bank Of Baku

Sabah Elmar Məmmədyarovun Astanada görüşləri başlayır

Sabah Elmar Məmmədyarovun Astanada görüşləri başlayır
# 26 fevral 2007 11:19 (UTC +04:00)
Bu gün Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Astanaya rəsmi səfərə yola düşür. Xarici İşlər Nazirliyi Mətbuat və İnformasiya Departamentinin birinci katibi Xəzər İbrahim APA-ya bildirib ki, nazirin görüşləri fevralın 27-28-ə planlaşdırılıb. E. Məmmədyarov Qazaxıstan prezidenti Nursultan Nazarbayev, baş nazir Kərim Məsimov, həmkarı Marat Tajin ilə danışıqlar aparacaq, Qazaxıstanın yeni paytaxtı Astananın baş planı ilə tanış olacaq, mədəni mərkəzə baş çəkəcək. X. İbrahimin sözlərinə görə, Elmar Məmmədyarov Astanada apardığı danışıqlarda iki ölkə arasında münasibətlərin bütün spektrlarına aid müzakirələr aparacaq.
Qeyd edək ki, bu il prezident İlham Əliyevin də Qazaxıstana səfəri planlaşdırılır, nazirin Astanada aparacağı danışıqlar zamanı həmin səfərlə bağlı hazırlıq işləri də müzakirə olunacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR