Bank Of Baku

AMİP bütün partiyaların iştirakı ilə birgə mitinqlərin keçirilməsi haqqında qərar qəbul edib

AMİP bütün partiyaların iştirakı ilə birgə mitinqlərin keçirilməsi haqqında qərar qəbul edib
# 26 fevral 2007 12:29 (UTC +04:00)
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Mərkəzi Şurası İranda baş verən son hadisələrlə bağlı Bakıda bütün partiyaların iştirakı ilə birgə mitinqlərin keçirilməsi haqqında qərar qəbul edib. Bu barədə APA-ya partiyanın sədri Ayaz Rüstəmov məlumat verib. Onun sözlərinə görə, AMİP rəhbərliyi yaxın günlərdə siyasi partiyalar və QHT-lərlə danışıqlar aparmaq fikrindədir: “Mitinqlərin vaxtı təyin olunana kimi AMİP özü İran səfirliyinin binası qarşısında piketləri davam etdirəcək”. Mərkəzi Şuranın iclasında həmçinin enerji daşıyıcılarının qiymətlərinin artırılmasından sonra yaranmış vəziyyət müzakirə olunub. MŞ üzvlərinin bəziləri kütləvi aksiyaların keçirilməsini təklif etsələr də, partiya rəhbərliyi indiki halda buna ehtiyac görməyib: “Biz düşündük ki, əhali hələ qiymət artımı ilə bağlı yaranmış problemləri hiss etmir və cəmiyyət bu mitinqlərə hazır deyil”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR