Bank Of Baku

Şəmkirdə 2006-cı ilin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib

Şəmkirdə 2006-cı ilin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib
# 26 fevral 2007 14:18 (UTC +04:00)
Şəmkir Rayon İcra Hakimiyyətində (RİH) 2006-cı ilin yekunlarına dair illik hesabat iclası keçirilib. APA-nın qərb bürosunun məlumatına görə, tədbirdə vergilər naziri Fazil Məmmədov, Prezident Aparatının əməkdaşı Niyaz Əliyev, millət vəkilləri Mübariz Qurbanlı və Azər Əmiraslanov, rayon ziyalıları, idarə və müəssisə rəhbərləri iştirak ediblər. Tədbirdə çıxış edən Şəmkir RİH başçısı Nazim Veysov son zamanlar rayonda gedən quruculuq və abadlıq işlərindən danışıb. Son bir ildə rayonda 1721-i daimi olmaq üzrə 3611 yeni iş yerinin açıldığını vurğulayan N. Veysov hesabat ilindəki bütün iqtisadi göstəricilərin 2005-ci illə müqayisədə artığını bildirib. Belə ki, meyvə, bostan və dənli bitkilərin istehsalı artıb, iribuynuzlu mal-qara, qoyun, keçi, ət-süd məhsulları, yun və yumurtanın istehsalı artıb, əmtəə dövriyyəsinin həcmi 67798 min manatdan 98997 min manata yüksəlib (146%), ümumdaxili məhsul istehsalının həcmi 116622 min manatdan 154118 min manata (132.1%) yüksəlib, bir nəfərə düşən ümumdaxili məhsul həcmi 636 manatdan 833 manata yüksələrək 130.9% artıb. Daha sonra bəzi problemli məsələlərə toxunan N. Veysov elektrik enerjisinin haqqının yığımındakı artımın olmasına baxmayaraq, elektrik enerjisinin verilməsində israfçılığa yol verildiyini və bununla əlaqədar tədbir görüldüyünü bildirib.
Hesabat iclasında çıxış edən vergilər naziri Fazil Məmmədov rayonda Şəmkir televiziyasının açılması barədə səslənən təkliflərə münasibət bildirərək, bunun üçün əlindən gələn köməyi əsirgəməyəcəyini bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR