ADP-nin Sərdar Cəlaloğlunun rəhbərlik etdiyi hissəsinin yerli təşkilatlarının konfransları başlayacaq
26 fevral 2007 14:30 (UTC +04:00)
Martın 10-dan Azərbaycan Demokrat Partiyasının (ADP) Sərdar Cəlaloğlunun rəhbərlik etdiyi hissəsinin yerli təşkilatlarının konfransları başlayacaq. Bu barədə APA-ya Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin üzvü Həsrət Rüstəmov məlumat verib. Onun sözlərinə görə, Təşkilat Komitəsi konfransların keçirilməsi üçün qrafik hazırlayıb. Qrafikə əsasən aprelin sonuna kimi konfransların başa çatdırılması nəzərdə tutulur. H. Rüstəmov qurultaya 300 nümayəndənin seçiləcəyini bildirib: “Biz konfransın keçirilməsi üçün yer amilini də nəzərə almışıq. Çünki nümayəndələrin sayı çox olduqda uyğun yer tapmaq da çətinləşir. Biz bu qurultayı daha elitar yerdə keçirmək istəyirik”. H. Rüstəmov partiyanın ötən qurultayında 600 nümayəndənin iştirak etdiyini xatırladıb. O, partiyanın hazırda 60 rayon təşkilatının olduğunu və hər təşkilatdan 5 nümayəndənin seçiləcəyini deyib. /APA/
Daxili siyasət
Parlamentin növbəti iclasının gündəliyi açıqlanıb - YENİLƏNİB
15:14
21 may 2024
Siyavuş Novruzov: Fəvvarələr meydanında camaatın gəzdiyi yerdə foto çəkdirirlər, mitinq kimi təqdim edirlər
12:19
21 may 2024
Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq
12:16
21 may 2024
Milli Məclisin iclası başlayıb
11:01
21 may 2024