Bank Of Baku

Moskvada “15 il Xocalısız” adlı tədbir keçirilib

Moskvada “15 il Xocalısız” adlı tədbir keçirilib
# 26 fevral 2007 14:59 (UTC +04:00)
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) Azərbaycan Gənclər Klubu Heydər Əliyev Fondunun dəstəyi ilə “15 il Xocalısız” adlı tədbir keçirib. Azərbaycanın Rusiyadakı səfirliyindən APA-ya verilən məlumata görə, tədbirin əvvəlində soyqırımla bağlı sənədli filmin nümayişi olub. MDBMİ Azərbaycan Gənclər Klubunun prezidenti Leyla Əliyeva çıxış edərək Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı haqqında məlumat verib. O bildirib ki, tədbiri keçirməkdə məqsəd dünya ictimaiyyətinə Xocalı soyqırımı haqqında obyektiv və düzgün məlumat çatdırmaqdır: “Biz dünya ictimaiyyətini belə faciələrin təkrarlanmaması üçün səy göstərməyə çağırırıq”. L. Əliyevanın sözlərinə görə, Xocalı hadisələri beynəlxalq hüquq normalarına riayət edilməməsi və ikili standart siyasətinin hansı nəticələrə səbəb olduğunu bariz şəkildə göstərib. O, ümidvar olduğunu bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsi ədalətli həll olunacaq, Xocalı hadisələrinə hüquqi qiymət veriləcək. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu isə çıxışında deyib ki, Azərbaycanın siyasi və iqtisadi cəhətdən güclənməsi işğal altındakı torpaqların azad ediləcəyi və tarixi ədalətin bərpa olunacağına inamı artırır.
Qeyd edək ki, tədbirin keçirildiyi Sahibkarların Mərkəzi Evinin foyesində Xocalı soyqırımını əks etdirən foto-sərgi təşkil olunub. İştirakçılara Heydər Əliyev Fondu tərəfindən göndərilmiş müxtəlif dillərdə kitab, jurnal və bukletlər paylanılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR