Bank Of Baku

“Realnıy Azerbaydjan” və “Gündəlik Azərbaycan” qəzetlərinin baş redaktoru Xocalı sakinlərinə müraciət edib

“Realnıy Azerbaydjan” və “Gündəlik Azərbaycan” qəzetlərinin baş redaktoru Xocalı sakinlərinə müraciət edib
# 26 fevral 2007 15:10 (UTC +04:00)
“Realnıy Azerbaydjan” və “Gündəlik Azərbaycan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayev Xocalı sakinlərinə müraciət edib. E. Fətullayev APA-ya göndərdiyi müraciətində bir neçə gündür ki, onun düşmən obrazının yaradıldığını bildirib: “Haqqımda ən ciddi ittihamlar səsləndirilir, redaksiyamızın ofisinə basqınlar təşkil olunur. Kimlərsə sadə adamları aldadaraq onların hissləri ilə oynayır. Ayrıca Xocalı sakinlərində yanlış fikir yaradıb bizi onlarla üz-üzə qoymaq istəyirlər. Əsas gətirilir ki, guya mən və bizim qəzetlər Xocalı qırğınının ermənilər tərəfindən törədilmədiyini yazmışıq. Guya biz deyirik ki, soydaşlarımızı azərbaycanlılar öldürüb. Qətiyyətlə bildirirəm ki, mən və bizim həmkarlar heç vaxt belə bir fikri nə yazmışıq, nə də söyləmişik. Bizə böhtan atanlar bildirir ki, guya biz bunu internetdə yaymışıq. Belə bir şey olmayıb. İnternet haqda təsəvvürləri olanlar bilir ki, hər kəs hər hansı foruma girərkən istənilən adla çıxış edib təxribat törədə bilər. İndi məlum olur ki, kimlərsə bir çox internet forumlara mənim adıma bənzər niklərlə daxil olur, adımdan yalanlar yazır. Bunlar isə hər kəsin adından edilə bilər. Xatırladım ki, yazıçı Maqsud İbrahimbəyovun “Tribuna” adlı qəzeti mənim adımdan yalandan müsahibə dərc edib, Zori Balayanla olmayan şəkillərimi dərc edib. Bütün bunlar göstərir ki, bizə qarşı planlı təxribat aparılır”.
Müraciətin sonunda E. Fətullayev Xocalı sakinlərini və bütün Azərbaycan vətəndaşlarını belə məsələlərə inanmamağa çağırıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR