Bank Of Baku

Azərbaycanla ABŞ arasında enerji sahəsində əməkdaşlığa dair Memorandum imzalanacaq

Azərbaycanla ABŞ arasında enerji sahəsində əməkdaşlığa dair Memorandum imzalanacaq
# 26 fevral 2007 15:32 (UTC +04:00)
Gələn ay Azərbaycanla ABŞ arasında enerji sahəsində əməkdaşlığa dair Memorandum imzalanması gözlənilir. Diplomatik mənbələrdən APA-ya verilən məlumata görə, sənəd Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ABŞ-a səfəri zamanı imzalana bilər. ABŞ-ın Azərbaycandakı səfirliyinin İctimaiyyətlə əlaqələr departamentini rəhbəri Conatan Henik APA-ya açıqlamasında belə bir sənədin hazırlandığını təsdiqləyib: “Bu, ölkələrimizin energetika sahəsində qarşılıqlı əməkdaşlığının baza aspektlərini əks etdirən Memorandum olacaq”. C. Henik Memorandumun nə vaxt imzalanacağı haqqında dəqiq məlumata malik olmadığını deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR