Bank Of Baku

Sərdar Cəlaloğlu: “Hakimiyyət may ayına qədər müxalifətlə dialoqa başlayacaq”

Sərdar Cəlaloğlu: “Hakimiyyət may ayına qədər müxalifətlə dialoqa başlayacaq”
# 26 fevral 2007 15:58 (UTC +04:00)
“May ayına kimi hakimiyyət ADP, AXCP, Müsavat və ALP ilə dialoqa başlayacaq”. Bu sözləri APA-ya Azərbaycan Demokrat Partiyasının (ADP) bir hissəsinə rəhbərlik edən Sərdar Cəlaloğlu deyib. Onun sözlərinə görə, hazırda hakimiyyətlə Avropa Şurası və AŞ-nin Venesiya Komissiyası arasında seçki qanunvericiliyinin təkmilləşdirilməsi, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna əlavə və dəyişikliklərin edilməsi ilə bağlı müzakirələr aparılır. Beynəlxalq qurumların müxalifətin mövqeyinin qanunvericilikdə əksini tapması ilə bağlı tələbi olduğunu bildirən S. Cəlaloğlu hesab edir ki, hakimiyyət AŞ PA-nın növbəti sessiyasına qədər adları çəkilən partiyalarla danışıqlara gedəcək: “Məndə dəqiq məlumat var ki, bu partiyaların iştirakı ilə dialoq keçiriləcək”. Dialoq təklifi ilə YAP-a etdikləri müraciətin aqibətinə gəldikdə, S. Cəlaloğlu hələlik bununla bağlı nə rəsmi, nə də şifahi cavabın verilmədiyini söyləyib: “YAP rəhbərliyinin müsbət cavab verəcəyini gözləyirik”.
Müsavat Məclisinin sədri Sülhəddin Əkbər isə hakimiyyətin müxalifətlə dialoqa başlayacağı ilə bağlı hər hansı məlumata malik olmadığını deyib: “Hazırda həm seçki komissiyalarının tərkibinin dəyişdirilməsi, həm də “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna dəyişikliklərlə bağlı müzakirələr aparılır. Bundan əvvəl beynəlxalq təşkilatlarla aparılan müzakirə nəticə verməyəndə hakimiyyət müxalifət partiyaları ilə dialoqa gedib. Hazırkı müzakirələrdə də irəliləyiş olmasa, belə bir görüşün baş tutacağını istisna etmirəm”.
Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Siyavuş Novruzov isə ADP-nin dialoqla bağlı müraciətinin partiya qərargahına daxil olmadığını və buna görə də hər hansı cavabın verilməyəcəyini bildirib: “Əgər müraciət partiya qərargahına daxil olarsa, müzakirə ediləcək”. May ayına qədər iqtidar-müxalifət dialoqunun baş tutacağı ilə bağlı deyilənlərə gəldikdə, millət vəkili bu barədə məlumata malik olmadığını söyləyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR