Bank Of Baku

Azərbaycan Müdafiə Nazirliyi ilə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı arasında əməkdaşlığın inkişafına dair sənəd imzalanıb

Azərbaycan Müdafiə Nazirliyi ilə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı arasında əməkdaşlığın inkişafına dair sənəd imzalanıb
# 26 fevral 2007 16:06 (UTC +04:00)
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycanın Avropa təhlükəsizlik strukturlarına inteqrasiyası barədə general E. Sayquna məlumat verən S. Əbiyev NATO ilə əməkdaşlığın planlı inkişafı, Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyət və Ermənistanın bölgədəki işğalçılıq siyasəti haqda danışıb.
E. Sayqun isə müdafiə sahəsində Türkiyə-Azərbaycan əməkdaşlığının bundan sonra da yüksək səviyyədə inkişaf edəcəyini söyləyib. Tərəflər hər iki dövlətin ümummili mənafeyinə və müdafiəsinə xidmət edən bütün məsələlərdə bir-birini dəstəkləyəcəklərini bəyan edib. Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın perspektivlərinin müzakirə olunduğu görüşün sonunda Azərbaycan Müdafiə Nazirliyi ilə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı arasında əməkdaşlığın inkişafına dair sənəd imzalanıb./APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR