Bank Of Baku

Deputat Asəf Hacıyev Avropa Parlamentinin rəsmiləri ilə keçiriləcək görüşlərdə iştirak edəcək

Deputat Asəf Hacıyev Avropa Parlamentinin rəsmiləri ilə keçiriləcək görüşlərdə iştirak edəcək
# 26 fevral 2007 16:35 (UTC +04:00)
Qara Dəniz İqtisadi Əməkdaşlıq Parlament Məclisinin (QİƏPM) vitse-prezidenti, həmin təşkilatda Milli Məclisin nümayəndə heyətinin rəhbəri Asəf Hacıyev Avropa Parlamentinin rəsmiləri ilə keçiriləcək görüşlərdə iştirak etmək üçün Belçikaya gedib. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, tədbir Qara dəniz regionu çərçivəsində Avropa Qonşuluq Siyasətini genişləndirmək, QİƏPM ilə Avropa Parlamenti arasında əməkdaşlığı dərinləşdirmək məqsədi ilə keçirilir. İclaslarda demokratiyanın inkişafı, enerji sahəsində xarici siyasət məsələləri də müzakirə ediləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR