Bank Of Baku

AŞPA Miqrasiya, Qaçqınlar və Məskunlaşma Komitəsinin iclasında Milli Məclisin deputatı Gültəkin Hacıyevanın məruzəsi müzakirə ediləcək

AŞPA Miqrasiya, Qaçqınlar və Məskunlaşma Komitəsinin iclasında Milli Məclisin deputatı Gültəkin Hacıyevanın məruzəsi müzakirə ediləcək
# 26 fevral 2007 16:57 (UTC +04:00)
Milli Məclisin deputatı Gültəkin Hacıyeva Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, Qaçqınlar və Məskunlaşma Komitəsinin iclasında iştirak etmək sabah Brüsselə gedəcək. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, iclasda Avropa Parlamenti ilə əməkdaşlıq, Avropa Komissiyasının miqrasiya və inteqrasiyaya dair təklifləri, qanunsuz miqrantlarla bağlı proqramlar, Avropada insan hüquqları və yaşlı insanların durumu ilə bağlı məsələlər müzakirə ediləcək. Tədbirdə, həmçinin, Gültəkin Hacıyevanın Beynəlxalq Miqrasiya Təşkilatının fəaliyyətinə həsr olunmuş məruzəsi müzakirə olunacaq. Səfər martın 3-də başa çatacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR