Bank Of Baku

Sabir Rüstəmxanlı müxalifətin güc mərkəzinin yaradılacağına inanmır

Sabir Rüstəmxanlı müxalifətin güc mərkəzinin yaradılacağına inanmır
# 27 fevral 2007 09:06 (UTC +04:00)
“Müxalifətin vahid güc mərkəzinin yaradılması ilə bağlı cəhdlərin reallaşacağına inanmıram”. Bunu APA-ya açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı deyib. S. Rüstəmxanlı bu təşəbbüslə çıxış edən Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu ilə görüşdüyünü, amma məsələnin detallarını müzakirə etmədiklərini bildirib. O, müxalifətin vahid güc mərkəzinin yaradılması ilə bağlı cəhdlərin dəfələrlə uğursuzluqla nəticələndiyini də xatırladıb: “Belə cəhdlər həmişə olub. Lakin müxalifət düşərgəsindəki bir neçə partiyanın lazımsız iddiaları ucbatından bu istiqamətdə görülən işlər uğursuzluqla nəticələnib və müxalifət zərər çəkib. Ancaq müxalifət öz məsuliyyətini dərk edərsə, qurumun yaradılması mümkündür”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR