Bank Of Baku

GUAM ölkələrində “dondurulmuş münaqişələr”lə bağlı məsələ BMT Baş Assambleyasının yaz sessiyasında müzakirə olunacaq

GUAM ölkələrində “dondurulmuş münaqişələr”lə bağlı məsələ BMT Baş Assambleyasının yaz sessiyasında müzakirə olunacaq
# 27 fevral 2007 09:17 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Moldovanın BMT-də daimi təmsilçisi Aleksey Tulbure məlumat verib. Onun sözlərinə görə, GUAM ölkələri tərəfindən təklif olunan qətnamə layihəsinin ilkin variantı hazırdır. “Qətnamənin müzakirəyə çıxarılması və qəbulu ilə bağlı bir çox ölkələr, o cümlədən Rusiya ilə aktiv məsləhətləşmələr davam edir. Hesab edirəm ki, BMT Baş Assambleyasının yaz sessiyasında bu məsələ ilə bağlı ciddi irəliləyiş əldə olunacaq. Təklif etdiyimiz qətnamə layihəsində orijinal və şok effekti doğuracaq heç nə yoxdur, biz qarşıdurmalardan imtina etmişik”. Aleksey Turbule BMT Baş Assambleyasına təqdim olunan qətnamə layihəsinin nisbətən yumşaldıldığını bildirib: “Bəzi ölkələrin fərdi qaydada irəli sürə biləcəyi məsələlər, məsələn qoşunların bu ölkələrin ərazisindən qeyd-şərtsiz çıxarılması məsələsi qətnamə layihəsinə daxil edilməyib. Biz BMT sülhməramlıları da tələb etmirik. Qətnamə müəllifləri yalnız öz ərazi bütövlüklərini təsdiqləyən bəyannamələrlə kifayətləniblər. Qətnamənin bu variantının Baş Assambleyada qəbulu şansı daha çoxdur. GUAM ölkələri konkret qərarlar üçün yox, diqqəti mövcud problemlərə yönəltmək məqsədilə BMT tribunasını istifadə etmək niyyətindədir. “Dondurulmuş münaqişələr”lə bağlı Rusiya ilə danışıqlar əvvəlki qaydada gedir onlar qətnamənin əleyhinə, biz isə lehinəyik, ənənəvi balans saxlanılır. Lakin Rusiya ərazi bütövlüyünü təsdiqləyən bu qətnamənin əleyhinə getmiş olsa, bu, öz əli ilə öz ayağını kəsmək demək olacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR