Bank Of Baku

Azərbaycan və Polşa XİN-ləri arasında Memorandum imzalanacaq

Azərbaycan və Polşa XİN-ləri arasında Memorandum imzalanacaq
# 27 fevral 2007 09:48 (UTC +04:00)
Polşanın xarici işlər naziri Anna Fotıqa bu axşam Azərbaycana rəsmi səfərə gələcək. Polşanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, səfər martın 1-də Şəhidlər Xiyabanını, Heydər Əliyevin və Azərbaycan neft sənayesinin görkəmli nümayəndəsi, polyak mühəndis Pavel Pototskinin məzarlarını ziyarət etməklə başlayacaq. Nazirin prezident İlham Əliyev, baş nazir Artur Rəsizadə, Milli Məclisin sədri Oqtay Əsədov və həmkarı Elmar Məmmədyarovla görüşləri planlaşdırılıb. Səfər çərçivəsində “Polşa Respublikası və Azərbaycan Respublikasının xarici işlər nazirlikləri arasında 2007-2008-ci illərdə Avropa inteqrasiyasında əməkdaşlıq” adlı Memorandumun imzalanması gözlənilir. A. Fotıqa Bakı Slavyan Universitetində Polyak Dili və Mədəniyyəti Mərkəzinin fəaliyyəti ilə də tanış olacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR