Bank Of Baku

Azərbaycanda fəaliyyət göstərən bir qrup hüquq-müdafiə təşkilatı İranda yaşayan azərbaycanlıların hüquqlarının pozulması ilə bağlı bəyanat yayıb

Azərbaycanda fəaliyyət göstərən bir qrup hüquq-müdafiə təşkilatı İranda yaşayan azərbaycanlıların hüquqlarının pozulması ilə bağlı bəyanat yayıb
# 27 fevral 2007 10:23 (UTC +04:00)
Azərbaycanda fəaliyyət göstərən bir qrup hüquq-müdafiə təşkilatı İranda yaşayan azərbaycanlıların hüquqlarının pozulması ilə bağlı bəyanat verib. Güney Azərbaycan Beynəlxalq Forumundan APA-ya verilən məlumata görə, bəyanatda İran dövlətinin bu ölkədə yaşayan azərbaycanlılarla bağlı siyasəti pislənib və azərbaycanlıların etnik ayrı-seçkiliyə məruz qalmasına diqqət yönəldilib: “2006-cı ilin mayında hüquqlarının bərpası tələbi ilə azərbaycanlılar keçirdiyi dinc aksiya İranın hüquq-mühafizə qüvvələri tərəfindən amansızlıqla yatırıldı. Bu azmış kimi, aksiyada iştirak edənlər həbs edilərək, işgəncələrə məruz qaldılar. Son bir ildə təhsil, dil və digər insani hüquqlarının bərpasını istəyən azərbaycanlılar həbs edilir və onlar barəsində gülünc ittihamlar elan olunur”. Bəyanatda hüquq müdafiəçiləri dünya ictimaiyyətini İranda baş verənlərə diqqət yetirməyə də çağırıb: “Biz dünya birliyindən beynəlxalq sənədlərə BMT-nin nizamnaməsində elan edilən prinsiplərə istinad edərək, İranda 30 milyon Azərbaycan türkünün milli, siyasi, ictimai və mədəni hüquqlarına hörmət olunmasını, həbs olunan azərbaycanlı siyasi fəalların qeyri-şərtsiz azad edilməsini və İran hakimiyyətinə təsir göstərilməsini tələb edirik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR