Bank Of Baku

Azərbaycanla Qazaxıstan arasında qarşılıqlı vizasız rejimin uzadılması haqqında protokol imzalanıb

Azərbaycanla Qazaxıstan arasında qarşılıqlı vizasız rejimin uzadılması haqqında protokol imzalanıb
# 27 fevral 2007 11:38 (UTC +04:00)
APA-nın Orta Asiya bürosunun xəbərinə görə, görüş zamanı “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqliyə dair müqavilənin ratifikasiyası haqqında” və qarşılıqlı vizasız rejimin uzadılması haqqında protokollar imzalanıb. M. Tajin iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 15-ci ildönümünün tamam olduğunu xatırladaraq qarşılıqlı əlaqələrin inkişafından danışıb. Onun sözlərinə görə, ötən il Azərbaycanla Qazaxıstan arasında mal dövriyyəsinin həcmi 250 milyon dollar artıb. Biznes strukturlarının əlaqələrinin güclənməsinin zəruriliyini vurğulayan nazir iki ölkə üçün prioritet sayılan layihələr sırasında Aktaudan Bakıya fiberoptik rabitə xəttinin çəkilməsini xüsusi qeyd edib. M. Tajin deyib ki, bu layihənin reallaşması Qazaxıstanın Avropa telekommunikasiya məkanına çıxışını xeyli asanlaşdıracaq. Nazir kənd təsərrüfatını da perspektivli sahə adlandıraraq Qazaxıstandan Azərbaycana buğda ixrac ediləcəyini, Azərbaycandan isə meyvə-tərəvəz idxal olunacağını bildirib. Görüşdə neft-qaz və nəqliyyat, həmçinin mədəniyyət sahəsində əməkdaşlıq məsələləri də müzakirə olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR