Bank Of Baku

Azərbaycan Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi ilə bağlı AŞPA-ya cavab göndərib

Azərbaycan Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi ilə bağlı AŞPA-ya cavab göndərib
# 27 fevral 2007 11:38 (UTC +04:00)
Bu barədə APA-ya Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov məlumat verib. Deputatın sözlərinə görə, cavabda iki istiqamətdə münasibət bildirilib - həm reallığı əks etdirən müsbət, həm də qeyri-dəqiq olan məqamlarla bağlı... “Azərbaycan həmin məqamların əks olunduğu bəndləri dəyişdirilməsini, həqiqəti əks etdirən məlumatların sənəddə yer almasını istəyir”, - deyən S. Seyidov həmməruzəçilərin qeyri-dəqiq fikirlərinin hansı öhdəliklərlə bağlı olduğunu açıqlamaq istəməyib. Onun sözlərinə görə, həmməruzəçilərin məlumatında həm də elə məsələlər var ki, köhnəlib və həqiqətə uyğun deyil. S. Seyidov onu da bildirib ki, məruzə ümumi şəkildə martın 28-də Strasburqda AŞPA Monitorinq Komitəsinin iclasında müzakirə olunacaq. Deputat Azərbaycan tərəfinin həmin müzakirələrə tam hazır olduğunu da vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR