Bank Of Baku

Azərbaycan haqqında İsveç dilində sayt yaradılacaq

Azərbaycan haqqında İsveç dilində sayt yaradılacaq
# 27 fevral 2007 11:49 (UTC +04:00)
“Azərbaycan-Skandinaviya Əməkdaşlığı” İctimai Birliyi Azərbaycan haqqında İsveç və ingilis dillərində sayt yaratmağı planlaşdırır. İctimai Birliyin direktoru Rasim Şəriflinin APA-ya verdiyi məlumata görə, qurum Skandinaviya yarımadasında yerləşən 5 dövlətlə (Finlandiya, İsveç, Norveç, Danimarka və İslandiya) Azərbaycan arasında əlaqələrin inkişaf etdirilməsi məqsədilə bir sıra layihələr həyata keçirməyi planlaşdırıb. O, yaxın vaxtlarda danimarkalı türkoloq-alim Vilhem Lüdviq Piter Tomsonun xatirə gününün keçiriləcəyini deyib: “Bununla yanaşı, təşkilat Nobel qardaşlarının Bakıdakı fəaliyyətini araşdırmağı, müxtəlif peşə, ixtisas sahibləri arasında informasiya mübadiləsini təmin etməyi də nəzərdə tutub”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR