Bank Of Baku

Akif Şahbazov: “Sərdar Cəlaloğlunun fikirləri Rəsul Quliyevə qarşı yönəlmiş şantajlardan biridir”

Akif Şahbazov: “Sərdar Cəlaloğlunun fikirləri Rəsul Quliyevə qarşı yönəlmiş şantajlardan biridir”
# 27 fevral 2007 12:02 (UTC +04:00)
“ADP-nin keçirdiyi mitinqlərə görə kimlərinsə yüz minlərlə dollar pul qazanması və bu mitinqlərin hakimiyyət tərəfindən sifariş olunması ilə bağlı Sərdar Cəlaloğlunun fikirləri Rəsul Quliyevə qarşı yönəlmiş şantajlardan biridir”. Bu sözləri APA-ya açıqlamasında ADP-nin Rəsul Quliyevin rəhbərlik etdiyi hissəsinin Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin üzvü Akif Şahbazov deyib. ADP-nin əvvəllər bir neçə dəfə təkbaşına mitinq keçirdiyini, sonra isə müxalifətin birgə mitinqlərində iştirak etdiyini xatırladan A. Şahbazov indiyə qədər R. Quliyevin tapşırığı ilə mitinq təşkil olunmadığını bildirib: “Əksinə, Sərdar Cəlaloğlunun insanları icazəsiz aksiyalara təhrik etməsi Rəsul Quliyevin iradəsindən kənar idi. Sədr bunu bildikdən sonra Sərdar Cəlaloğlundan bu əməllərinə son qoymasını tələb etdi və bundan sonra icazəsiz mitinqlər, piketlər olmadı. Şübhəsiz ki, aksiyaların keçirilməsinə müəyyən qədər maliyyə vəsaiti sərf edilirdi. Amma bu maliyyənin necə xərclənməsindən şəxsən mənim xəbərim olmayıb. Maliyyənin nə qədər olduğunu və onun nə qədərinin Sərdar Cəlaloğlu tərəfindən xərcləndiyini də deyə bilmərəm”. A. Şahbazov S. Cəlaloğlunun bu cür çıxışlar etməsindən təəssüfləndiyini bildirib və bir müddət əvvəl onun R. Quliyevin ən fəal təbliğatçısı olduğunu deyib: “Hətta Rəsul Quliyevin qayıdacağı halda həbs ediləcəyi ilə bağlı bəyanatlara cavab olaraq Sərdar Cəlaloğlunun “Rəsul Quliyevi yalnız mənim meyitimin üzərindən keçərək həbs edə bilərlər” söyləməsi hələ yaddan çıxmayıb”.
ADP-nin Sərdar Cəlaloğlunun rəhbərlik etdiyi hissəsinin təmsilçisi Həsrət Rüstəmov isə bildirib ki, bundan sonra Rəsul Quliyevin rəhbərlik etdiyi hissənin rəhbərlərinin çıxışları və ittihamları ilə maraqlanmayacaqlar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR