Bank Of Baku

Adil Əliyev: “Məhərrəm Əliyevə hansısa təzyiqlərin olması barədə bəzi mətbuat orqanlarında yazılanlar həqiqətə uyğun deyil”

Adil Əliyev: “Məhərrəm Əliyevə hansısa təzyiqlərin olması barədə bəzi mətbuat orqanlarında yazılanlar həqiqətə uyğun deyil”
# 27 fevral 2007 12:23 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəisi Məhərrəm Əliyevin qardaşı, millət vəkili Adil Əliyev deyib. Adil Əliyev bildirib ki, Məhərrəm Əliyevə hər hansı təzyiqdən söhbət gedə bilməz: “Məhərrəm Əliyev öz sözünü deyən adamdır və bu, həmişə belə olub. O, hazırda məzuniyyətdədir. Yaxın günlərdə məzuniyyətdən dönəcək və yəqin ki, öz münasibətini bildirəcək”. M. Əliyevin on illərlə Azərbaycan polisində baş vermiş cinayətlərə qarşı barışmaz mövqedə olduğunu vurğulayan A. Əliyev “bəs o zaman Hacı Məmmədovun və dəstəsinin cinayətləri DİN səviyyəsində niyə araşdırılmayıb?” sualına belə cavab verib: “Bunu səbəbini özünüz bilirsiniz, əlavə izaha ehtiyac yoxdur”.
Daxili işlər naziri Ramil Usubovla BŞBPİ rəisi Məhərrəm Əliyevin münasibətlərinin yenidən kəskinləşməsi haqda yayılan məlumatlara gəlincə, Adil Əliyev bunları deyib: “Ramil Usubov daxili işlər naziri, Məhərrəm Əliyev isə Bakı Şəhər Baş Polis İdarəsinin rəisidir. Ola bilər ki, onların şəxsi dostluqları yoxdur, amma xidməti münasibətləri var”./APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR