Bank Of Baku

Rəsul Quliyevin tərəfdarları ilə bağlı Sərdar Cəlaloğlunun məhkəmə iddiaları icraata götürülüb

Rəsul Quliyevin tərəfdarları ilə bağlı Sərdar Cəlaloğlunun məhkəmə iddiaları icraata götürülüb
# 27 fevral 2007 12:28 (UTC +04:00)
ADP-nin bir hissəsinə rəhbərlik edən Sərdar Cəlaloğlunun Rəsul Quliyevin tərəfdarları ilə bağlı Səbael, Nərimanov və Binəqədi rayon məhkəmələrində qaldırdığı iddialar icraata götürülüb. Bu barədə APA-ya sözügedən məhkəmələrdən məlumat verilib. “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevə bağlı Səbael rayon məhkəməsinə təqdim edilmiş iddia ərizəsi hakim Yusif Kərimovun icraatına verilib. Akif Şahbazovla bağlı Binəqədi rayon Məhkəməsinə edilmiş müraciət hakim Mədinə Bağırovanın, Rəsul Quliyevin 20 tərəfdarının partiya Nizamnaməsini və “Siyasi partiyalar haqqında” qanunu pozması ilə bağlı Nərimanov rayon Məhkəməsinə etdiyi müraciət isə hakim Müslüm Əliyevin icraatına verilib.
Qeyd edək ki, S. Cəlaloğlu A. Şahbazov və A. Quliyevin ADP adından danışmağa ixtiyarı olmaması ilə bağlı məhkəmə qətnamələrinin çıxarılmasını tələb edib. Nərimanov rayon Məhkəməsinə edilmiş müraciətdə isə fevralın 18-də KXCP-nin qərargahında Ali Məclis adı altında keçirilmiş iclasın qeyri-qanuni olması ilə bağlı qətnamənin çıxarılması tələb olunur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR