Bank Of Baku

Qazaxıstanın baş naziri Azərbaycana səfər edəcək

Qazaxıstanın baş naziri Azərbaycana səfər edəcək
# 27 fevral 2007 12:48 (UTC +04:00)
Qazaxıstanın baş naziri Kərim Məsimov Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb. APA-nın Mərkəzi Asiya bürosunun Qazaxıstan hökumətinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüşdə, əsasən, iqtisadi, o cümlədən neft-qaz və nəqliyyat sektorunda əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Hər iki ölkənin iqtisadiyyatının dinamik inkişaf etdiyini qeyd edən K. Məsimov Qazaxıstanla Azərbaycanın birlikdə böyük işlər görə biləcəyini vurğulayıb. Azərbaycanın xarici işlər naziri də iki ölkə arasında fikir ayrılıqlarının olmadığını, beynəlxalq məsələlərə münasibətdə mövqelərin, əsasən, üst-üstə düşdüyünü qeyd edib. E. Məmmədyarov Azərbaycanın Qazaxıstanın 2009-cu ildə ATƏT-ə sədrlik etmək niyyətini dəstəklədiyini söyləyib. Görüşün sonunda E. Məmmədyarov baş naziri Artur Rasizadənin dəvət məktubu K. Məsimova təqdim edib. K. Məsimov Azərbaycana dəvəti qəbul edib. Səfərin vaxtı diplomatik kanallarla dəqiqləşdiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR