Bank Of Baku

Qazaxıstan Bakı-Tiflis-Ərzurum qaz kəmərinə maraq göstərir

Qazaxıstan Bakı-Tiflis-Ərzurum qaz kəmərinə maraq göstərir
# 27 fevral 2007 15:07 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Astanada Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə görüşüb. APA-nın Orta Asiya bürosunun xəbərinə görə, görüşdə neft-qaz sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Məlum olduğu kimi, iki ölkənin bu sahədə əməkdaşlığının əsas istiqaməti qazax neftinin transxəzər marşrutu ilə beynəlxalq bazarlara çıxarılmasıdır. Görüşdən sonra brifinq keçirən E. Məmmədyarov bildirib ki, Qazaxıstan bu il işə düşəcək Bakı-Tiflis-Ərzurum qaz kəmərinə maraq göstərir: “Qazın beynəlxalq bazarlara hansı şəkildə çıxarılması ilə bağlı bir neçə ideya mövcuddur. Bu məsələ üzrə ekspertlər səviyyəsində çox ciddi iş aparılmalıdır. Çünki tariflər, gömrük rüsumları və müəyyən texniki parametrlərin müəyyənləşdirilməsi ilə əlaqədar çoxlu suallar var”. E. Məmmədyarov bu sahədə danışıqların davam etdiyini deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR