Bank Of Baku

Yuri Merzlyakov: “Sülh sazişinin imzalandığı günün səhəri köçkünlərin öz yerlərinə qaytarılması ağır nəticələr verə bilər”

Yuri Merzlyakov: “Sülh sazişinin imzalandığı günün səhəri köçkünlərin öz yerlərinə qaytarılması ağır nəticələr verə bilər”
# 27 fevral 2007 15:35 (UTC +04:00)
“Mən demişəm ki, azərbaycanlı köçkünlərin Dağlıq Qarabağa qaytarılması üçün müəyyən iş görülməlidir, bu proses birdən-birə həyata keçirilə bilməz”. Bu sözləri ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Nizami Bəhmənovun “Merzlyakov deyir ki, azərbaycanlı və erməni icmalarının birgə yaşayışı mümkün deyil” sözlərinə münasibət bildirərkən deyib. Y. Merzlyakov APA-ya açıqlamasında bildirib ki, sülh sazişi imzalandığı günün səhəri köçkünlərin öz yerlərinə qaytarılması yaxşı nəticələnməyəcək. O, Balkanlarda belə bir təcrübənin ağır nəticələr verdiyini xatırladıb. Diplomat hesab edir ki, Dağlıq Qarabağda da analoji addım atılsa, daha faciəli hadisələr baş verə bilər: “Biz bunu istəmirik, tərəflər də bunu istəməməlidirlər”. Y. Merzlyakovun sözlərinə görə, məcburi köçkünlərin qayıdışı ilə bağlı ciddi hazırlıq işləri görülməli, infrastruktur bərpa olunmalıdır: “Çünki əhali boş yerlərə qayıda bilməz”. Rusiyalı həmsədr deyib ki, köçkünlərin öz yurd-yuvalarına qayıtması prinsipi sülh sazişində yer alacaq, ancaq onun həyata keçirilməsi üçün böyük hazırlıq işləri aparılmalıdır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR