Bank Of Baku

Sərdar Cəlaloğlu siyasi məhbusların azadlığa buraxılması xahişi ilə prezident İlham Əliyevə müraciət edib

Sərdar Cəlaloğlu siyasi məhbusların azadlığa buraxılması xahişi ilə prezident İlham Əliyevə müraciət edib
# 27 fevral 2007 15:48 (UTC +04:00)
Azərbaycan Demokrat Partiyasının (ADP) IX Qurultayına Hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Sərdar Cəlaloğlu ölkə prezidenti İlham Əliyevə siyasi məhbusların azad edilməsi ilə bağlı müraciət edib. Bu barədə APA-ya partiyanın mətbuat xidmətindən məlumat daxil olub. Müraciətdə partiyanın Ali Məclisinin yanvarın 27-də keçirilən iclasında iqtidarla müxalifət arasında siyasi dialoq prosesinin başlanması və qarşılıqlı etimadın yaranması üçün qərarın qəbul olunduğu qeyd olunub və bu baxımdan siyasi məhbusların azadlığa buraxılması istiqamətində müvafiq addımlar atmasını xahiş edilib: “Son vaxtlar Sizin Azərbaycanda iqtidar-müxalifət münasibətlərinin yeni mərhələyə keçməsinə stimul verəcək bəyanatlarınızı təqdir edir, iqtidar-müxalifət arasında siyasi dialoqun xalqımızın və dövlətimizin maraqlarına xidmət edəcəyindən bir daha bu prosesin başlanmasında maraqlı olduğumuzu bildiririk. Bu, dialoqun başlanması və xalqımız üçün faydalı nəticələrə gətirib çıxarması üçün qarşılıqlı inamın yaranması olduqca vacibdir”. S. Cəlaloğlu müraciətinə 14 məhbusun siyahısını əlavə edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR