Bank Of Baku

Türk generalı Ergin Sayqun Azərbaycanın hərbi təhsil müəssisələri ilə tanış olub

Türk generalı Ergin Sayqun Azərbaycanın hərbi təhsil müəssisələri ilə tanış olub
# 27 fevral 2007 16:37 (UTC +04:00)
Azərbaycanda səfərdə olan Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının ikinci rəisi, ordu generalı Ergün Sayqun Azərbaycanın hərbi təhsil müəssisələrinə baş çəkib. Türkiyə səfirliyindən APA-ya verilən məlumata görə, general E. Sayqun Müdafiə Nazirliyinin Bakı şəhərində yerləşən Təlim Tədris Mərkəzində və Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasında olub. General E. Sayqunun hərbi təhsil müəssisələrinə səfərləri tanışlıq məqsədi daşıyıb. Türk generalı səfər proqramı çərçivəsində sabah DİN Daxili Qoşunların qərargahında və Xüsusi Dövlət Mühafizə Xidmətinin binasında olacaq. Səfər martın 1-də başa çatacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR