Bank Of Baku

Ombudsman: “Ruslan Bəşirli döyülməsi barədə məlumatların həqiqətə uyğun olmadığını bildirdi”

Ombudsman: “Ruslan Bəşirli döyülməsi barədə məlumatların həqiqətə uyğun olmadığını bildirdi”
# 27 fevral 2007 16:38 (UTC +04:00)
İnsan Hüquqları üzrə müvəkkili Elmira Süleymanova Ədliyyə Nazirliyinin 1 saylı Cəzaçəkmə Müəssisəsində (CÇM) cəza çəkən Ruslan Bəşirli görüşərək, onun saxlanma şəraitini araşdırıb. Ombudsman Aparatından APA-ya daxil olan məlumata görə, R.Bəşirli saxlanılma şəraitindən narazı olmadığını, ona qarşı müəssisə rəhbərliyi, əməkdaşları və məhkumlar tərəfindən hər hansı zorakılığa, işgəncəyə yol verilmədiyini qeyd edib. Məhkum ona qarşı bir təzyiq göstərilmədiyini, bir müddət əvvəl bir qrup hüquq müdafiəçisinə də bu barədə məlumat verdiyini bildirib. Bəzi KİV-də döyülməsi ilə bağlı verilən məlumatın həqiqətə uyğun olmadığını müvəkkilin diqqətinə çatdıran R. Bəşirli, eyni zamanda, müəssisənin rejim qaydalarını, intizamı pozduğuna görə hazırda cərimə təcridxanasında saxlanıldığı bildirib.
O, ailə üzvləri ilə görüşdüyünü söyləyib, saxlanma şəraiti ilə bağlı şikayətinin olmadığını bildirsə də, yaxın vaxtlarda barəsində çıxarılan məhkəmə qərarından kasasiya şikayətinin təmin olunmasında səlahiyyətləri çərçivəsində kömək göstərməsini də müvəkkildən xahiş edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR