Bank Of Baku

Böyük Quruluş Partiyası 2008-ci ildə keçiriləcək prezident seçkilərinə öz namizədi ilə qatılacaq

Böyük Quruluş Partiyası 2008-ci ildə keçiriləcək prezident seçkilərinə öz namizədi ilə qatılacaq
# 28 fevral 2007 08:55 (UTC +04:00)
“Böyük Quruluş Partiyası 2008-ci ildə keçiriləcək prezident seçkilərinə öz namizədi ilə qatılacaq və o partiya ilə bir blokda təmsil olunacaq ki, orada Böyük Quruluş Partiyasının namizədi dəstəklənsin”. Bu sözləri APA-ya açıqlamasında Böyük Quruluş Partiyasının (BQP) başqanı Fazil Qəzənfəroğlu bildirib. F. Qəzənfəroğlu bu məsələnin ötən il partiyanın sonuncu qurultayında müzakirə olunduğunu da xatırladıb: “Qurultayda Böyük Quruluş Partiyasının prezident seçkilərində öz namizədi ilə iştirakı haqda qərar qəbul olunub. Bu baxımdan BQP ilə bir blokda təmsil olunmaq istəyən partiyalar bu məqama diqqət yetirməlidirlər”. F. Qəzənfəroğlu Ədalət Partiyası ilə BQP-nin birgə yeni blok təsis etməsi ilə bağlı yayılan informasiyalara da münasibət bildirib: “Ədalət Partiyasının sədri İlyas İsmayılovla yaxşı münasibətimizin olması heç kimə sirr deyil. Amma partiya kollegial şəkildə idarə olunduğundan, burada qəbul olunan siyasi qərarlar təşkilatla razılaşdırılmalıdır. Yəni partiyanın maraqları önə keçir. Bu mənada əgər hər hansı partiya bizim namizədimizi dəstəkləyəcəksə, seçki öncəsi yaradılacaq blokda BQP ilə birgə təmsil oluna bilər. Bir blokun isə iki namizədi ola bilməz”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR