Bank Of Baku

AXCP Ali Məclisinin iclasında qurultayın vaxtı müəyyənləşdiriləcək

AXCP Ali Məclisinin iclasında qurultayın vaxtı müəyyənləşdiriləcək
# 28 fevral 2007 09:23 (UTC +04:00)
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ali Məclisi martın 3-də növbəti iclasını keçirəcək. Bu barədə APA-ya Ali Məclisin sədri Qulamhüseyn Əlibəyli məlumat verib. Onun sözlərinə görə, iclasda ölkədəki ictimai-siyasi vəziyyət və son qiymət artımından sonra yaranmış problemlər müzakirə ediləcək. İclasda əsasən partiyanın növbəti qurultayına hazırlıq məsələsinin müzakirə olunacağını bildirən Q. Əlibəyli Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin formalaşacağını deyib: “İclasda qurultayın vaxtı müəyyən olunacaq. Bundan başqa, partiyanın 2007-ci il fəaliyyət proqramı da təsdiq ediləcək”. AXCP-nin qərargahı olmadığına görə Q. Əlibəyli iclasın ADP qərargahının zalında keçiriləcəyini bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR