Bank Of Baku

Avropa Şurası Parlament Assambleyası mədəniyyət, elm və təhsil komitəsinin növbəti toplantısı keçirilib

Avropa Şurası Parlament Assambleyası mədəniyyət, elm və təhsil komitəsinin növbəti toplantısı keçirilib
# 28 fevral 2007 09:29 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyası mədəniyyət, elm və təhsil komitəsinin növbəti toplantısı keçirilib. APA-nın Avropa bürosunun məlumatına görə, toplantıdan sonra komitənin təşkilatçılığı ilə dinlər və mədəniyyətlərarası dialoq mövzusunda kollokvium keçirilib. Hər iki toplantıda ölkəmizi Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin üzvü Rafael Hüseynov təmsil edib. AŞPA mədəniyyət, elm və təhsil komitəsinin toplantısında Avropada demokratiya və insan haqlarının vəziyyəti, eləcə də dinlər və mədəniyyətlərarası dialoqla bağlı məruzələr ətrafında müzakirələr aparılıb. Portuqaliyadan olan deputat Milonun Avropada demokratiya və insan haqlarının vəziyyəti adlı məruzəsində əsas istiqamət mətbuat və söz azadlığının daha da inkişaf etdirilməsi olub. Bu məruzədə deputat Rafael Hesynovun hazırladığı “Avropada jurnalistlərin peşəkar təhsili və təlimi” məruzəsi haqqında da müsbət fikirlər söylənib. Qeyd edək ki, bu məruzə AŞPA-nın qış sessiyası çərçivəsində keçirilən komitədə müzakirə olunaraq qəbul edilib. Rafael Hüseynovun sözlərinə görə, martın 16-da Parisdə AŞPA Daimi Komitəsinin iclasında həmin məruzə əsasında qətnamə layihəsi hazırlanacaq və qətnamənin icrası istiqamətində konkret addımlar atılacaq. Dinlər və mədəniyyətlərarası dialoqa həsr olunmuş kollokviumda 30-dan çox məruzə dinlənilib və bu toplantıya AŞPA üzvlərindən əlavə müxtəlif ölkələrin din xadimləri, dinşünas alimləri, filosoflar, siyasətçilər və beynəlxalq təşkilatların təmsilçiləri qatılıblar. Komitənin qərarına əsasən martın 27-31-də İstanbulda keçiriləcək dinlər və mədəniyyətlərarası dialoqa dair simpoziumda Avropa Şurasını Rafael Hüseynov təmsil edəcək. Kollokviumda çıxış edən Rafael Hüseynov Azərbaycanın tolerantlıq baxımından örnək ölkə olduğunu vurğulayıb. Bakıda atəşpərəstlik, xristian, yəhudi və müsəlman dinlərinə dair abidələrin yanaşı fəaliyyət göstərdiyini deyən Rafael Hüseynov tarixən mövcud olan bu tolerantlıq düsturunun əsrlərlə yaşadığını və bu gün də mövcud olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb. Ermənistanın monoetnik ölkə olduğunu xatırladan Rafael Hüseynov bu ölkədə yaşayan 300 mindən artıq azərbaycanlının zorla yurd-yuvalarından çıxarıldığını deyib. O bildirib ki, Ermənistan faktiki olaraq Avropa Şurası və digər beynəlxalq təşkilatların ortaya qoyduğu humanist şüarlara, həmçinin dinlər və mədəniyyətlərarası dialoqa zidd getməkdədir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR