Bank Of Baku

AMİP martın 7-də İran səfirliyinin qarşısında piket keçirəcək

AMİP martın 7-də İran səfirliyinin qarşısında piket keçirəcək
# 28 fevral 2007 10:41 (UTC +04:00)
Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) martın 7-də saat 13.00-da İranda yaşayan azərbaycanlıların hüquqlarının bərpası tələbi ilə bu ölkənin Azərbaycandakı səfirliyinin binası qarşısında piket keçirəcək. Bu barədə APA-ya AMİP mətbuat xidmətinin rəhbəri Əli Orucov məlumat verib. Ə. Orucov bildirib ki, bu barədə Siyasi Şuranın müvafiq qərarı var və Bakı Şəhər İcra Hakimiyyətinin məsələyə münasibətindən asılı olmayaraq, aksiyanın keçirilməsində israrlıdırlar.
AMİP sədri Ayaz Rüstəmov isə APA-ya bildirib ki, İranda yaşayan azərbaycanlıların hüquqlarının bərpası tələbi ilə Bakıda birgə mitinqlərin keçirilməsi üçün müxalifət partiyalarına müraciət edilsə də, hələlik buna heç bir partiyadan müsbət reaksiya verilməyib: “Bu məsələ kifayət qədər aktual olsa da, siyasi partiyalar biganə yanaşırlar. Buna baxmayaraq, biz birgə mitinqlərin keçirilməsi üçün partiyalarla danışıqlarımızı davam etdirəcəyik. Bununla bərabər AMİP İran səfirliyi qarşısındakı piketləri də dayandırmayacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR