Bank Of Baku

Rəsul Quliyev “Azadlıq” blokunun Sədrlər Şurasına məktub göndərib

Rəsul Quliyev “Azadlıq” blokunun Sədrlər Şurasına məktub göndərib
# 28 fevral 2007 11:54 (UTC +04:00)
Azərbaycan Demokrat Partiyasının (ADP) bir hissəsinə rəhbərlik edən Rəsul Quliyev “Azadlıq” bloku Sədrlər Şurasının üzvlərinə məktub göndərib. Bu barədə APA-ya R. Quliyevin rəhbərlik etdiyi ADP-nin Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin üzvü Akif Şahbazov məlumat verib. Onun sözlərinə görə, R. Quliyev məktubunda blokun ADP ilə bağlı məsələyə münasibətinə qiymət verib: “Hələlik məktubun mətnini tam açıqlamaq istəmirəm, amma lazım olsa açıqlanacaq. Həmin məktubda Rəsul Quliyev Sədrlər Şurasının son 20 gündə tutduğu mövqeyə münasibətini bildirib”.
“Azadlıq” bloku Sədrlər Şurasının üzvü, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev isə artıq Sədrlər Şurasının məktubla tanış olduğunu deyib. O qeyd edib ki, R. Quliyev ADP-daxili, blokdaxili və müxalifətdaxili məsələlərlə bağlı fikirlərini açıqlayıb, blokun Sərdar Cəlaloğlunu ADP təmsilçisi kimi qəbul etməsindən təəssüfləndiyini bildirib və bu qərara yenidən baxılmasını məsləhət görüb: “Məktub əsasən blokdaxili məsələ olduğu üçün biz onu mətbuata açıqlamaq istəmirik. ADP ilə bağlı hazırkı mövqeyimiz isə hələlik bu cür qalacaq”. Ə. Əliyev bildirib ki, ADP-nin qurultayına kimi S. Cəlaloğlunun rəhbərlik etdiyi qurumla əməkdaşlığı davam etdirəcəklər. O, qurultayda partiyanın hansı qanadının hüquqa uyğun fəaliyyət göstərdiyinin bəlli olacağını vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR