Bank Of Baku

Akif Şahbazov: “Azadlıq” bloku ADP ilə bağlı mövqeyinə aydınlıq gətirməsə, partiya blokdan çıxacaq”

Akif Şahbazov: “Azadlıq” bloku ADP ilə bağlı mövqeyinə aydınlıq gətirməsə, partiya blokdan çıxacaq”
# 28 fevral 2007 11:54 (UTC +04:00)
“Azadlıq” bloku ADP-yə qarşı öz mövqeyinə aydınlıq gətirməsə və hazırkı münasibət davam edərsə, partiya blokdan çıxacaq. Yaxın zamanlarda blok öz mövqeyinə yenidən baxmalı və münasibət bildirməlidir”. Bu fikirləri APA-ya açıqlamasında Rəsul Quliyevin rəhbərlik etdiyi ADP-nin Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sədr müavini Akif Şahbazov deyib. Onun fikrincə, hazırda blokun Sədrlər Şurasının üzvlərinin mövcud mövqeyinin və iclaslardan sonra brifinq keçirib ictimaiyyətə məlumat verməməsinin kökündə blok rəhbərliyində ADP ilə bağlı konkret mövqenin olmaması durur: “Çünki Sərdar Cəlaloğlu blokda ADP-ni təmsil etmir. Digər tərəfdən, “Azadlıq” bloku Avropa Şurası deyil ki, bizim haqqımızda qərar çıxarsın. Blok rəhbərləri ciddi düşünməlidir ki, Rəsul Quliyev kimi elektoratı olan liderin blokda təmsil olunması həmin bloka şərəf gətirər. Ola bilər ki, blok bu mövqeyi davam etdirəcək. Amma bunun perspektivi yoxdur”.
“Azadlıq” blokunun hazırkı mövqeyinin ADP tərəfindən qəbul olunmadığını deyən A.Şahbazov yaxın bir həftə ərzində R. Quliyevin tərəfdarlarının gözləmə mövqeyində qalacağını bildirib: “Blok rəhbərlərində ADP ilə bağlı dolğun təsəvvür yoxdur. Onlar Sərdar Cəlaloğlu ilə oturub-durduqlarından hesab edirlər ki, partiyanın bir hissəsi onu dəstəkləyir. Mən düşünürəm ki, ADP-nin rayon təşkilatlarının mövqeyi bəlli olandan sonra Sədrlər Şurası bu məsələyə mütləq yenidən baxacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR