Bank Of Baku

YUNESKO milli-mədəni irsin vəziyyətini aydınlaşdırmaq məqsədilə Azərbaycan və Ermənistana fakt-araşdırıcı missiya göndərəcək

YUNESKO milli-mədəni irsin vəziyyətini aydınlaşdırmaq məqsədilə Azərbaycan və Ermənistana fakt-araşdırıcı missiya göndərəcək
# 28 fevral 2007 12:42 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev məlumat verib. O, YUNESKO tərəfindən göndəriləcək fakt-araşdırıcı missiyanın tərkibinin artıq müəyyənləşdiyini deyib: “YUNESKO Azərbaycan, Ermənistan, Naxçıvan Muxtar Respublikası və işğal altında olan ərazilərə missiya göndərəcək. Səfər mayın ortalarına kimi həyata keçiriləcək. Fakt-araşdırıcı missiya Ermənistanda və işğal olunmuş torpaqlarda Azərbaycan mədəniyyətinə aid olan irsimizin vəziyyətini, Azərbaycanda və Naxçıvanda ermənilərin mədəniyyətinə məxsus olan irsin vəziyyətini təhlil edəcək. Əsas niyyətimiz komissiyanın qarşılıqlı və ədalətli, mövcud vəziyyəti əks etdirən bir sənədlə ortalığa çıxmasıdır. Bizim səhvlərimiz varsa, onları qəbul etməyə hazırıq. Amma hesab edirəm ki, qarşı tərəfin vəziyyəti bizdən qat-qat pisdir, hətta dəhşətlidir. Biz fakt-araşdırıcı komissiyanın gəlişini gözləmədən xüsusi toplular hazırlayırıq. Həmin toplu 30 mart Azərbaycanlıların soyqırımı gününə kimi nəşr ediləcək”. Əbülfəs Qarayev YUNESKO missiyasının bölgəyə səfərinə kimi ATƏT-in fakt-araşdırıcı missiyasının da regiona gələcəyinə ümid bəslədiyini deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR