Bank Of Baku

Mirmahmud Mirəlioğlu: “Yaradacağımız blokun prezident seçkilərində öz namizədinin olacağını istisna etmirəm”

Mirmahmud Mirəlioğlu: “Yaradacağımız blokun prezident seçkilərində öz namizədinin olacağını istisna etmirəm”
# 28 fevral 2007 12:49 (UTC +04:00)
“Müxalifətin vahid güc mərkəzinin yaradılması ilə bağlı 14 partiyaya müraciət edilib və artıq bu partiyalar arasında müəyyən razılaşmalar var. Dünən həmin partiyaların iştirakı ilə keçirilən toplantıda bu öz təsdiqini tapdı”. Bu açıqlamanı APA-ya Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu verib. Dünən keçirilən toplantıya üzrlü səbəbdən bəzi partiya sədrlərinin qatılmadığını da deyən M. Mirəlioğlu növbəti yığıncaqda qurumun yaradılması ilə əlaqədar vacib məqamların müzakirə ediləcəyini vurğulayıb. O, birliyin heç bir bloka qarşı yaradılmadığını da qeyd edib: “Bu, heç bir bloka qarşı yaradılan birlik deyil. Millətini sevən adamlar öz istəklərini əməldə də sübut etmək istəyirlərsə, müxalifətin çoxluğuna qarşı çıxmamalı, birdəfəlik kənarda durmalıdırlar. Biz də bilək ki, bunlar aktyorlardır. Ancaq bu gün birlikdə təmsil olunmaq istəməyən partiyalar üçün gələcəkdə quruma daxil olmağa məhdudiyyət qoyulmayacaq”. M. Mirəlioğlu birliyin 2008-ci ildə keçiriləcək prezident seçkisində öz namizədi ilə iştirak edəcəyini də inkar etməyib: “Yəqin ki, prezident seçkisi öncəsi birliyin namizədinin müəyyənləşməsi ilə bağlı məsələ müzakirə olunacaq. Amma indi bu, müzakirə mövzusu deyil”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR