Bank Of Baku

Azərbaycanın xarici işlər naziri BMT-nin İnsan Haqları üzrə Şurasının 4-cü sessiyasında iştirak edəcək

Azərbaycanın xarici işlər naziri BMT-nin İnsan Haqları üzrə Şurasının 4-cü sessiyasında iştirak edəcək
# 28 fevral 2007 13:37 (UTC +04:00)
Martın 13-də İsveçrənin Cenevrə şəhərində BMT-nin İnsan Haqları üzrə Şurasının 4-cü sessiyası işə başlayacaq. Diplomatik mənbələrdən APA-ya verilən məlumata görə, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da sessiyada iştirak edəcək. Sessiya işini aprelin 5-dək davam etdirəcək.
Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Vardan Oskanyanın da sessiyada iştirakı təsdiqlənib. Nazirlərin məhz bu tədbir çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar aparacağı güman edilir. Xatırladaq ki, münaqişənin həllində vasitəçilik edən ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəflərə görüşmək üçün müxtəlif variantlar təqdim ediblər. Nazirlərin son görüşü yanvarın 23-də Moskvada keçirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR